RAID (Redundant Array of Independent Disks) və NAS (Network Attached Storage) sistemləri müəssisələrdə və fərdi istifadəçilərdə məlumatların təhlükəsiz saxlanılması, yüksək performans və fasiləsiz əlçatanlığın təmin edilməsi üçün istifadə olunan müasir məlumat saxlama həlləridir.
RAID texnologiyası bir neçə sərt diski və ya SSD-ni vahid sistem kimi birləşdirərək məlumatların etibarlılığını, oxuma və yazma sürətini artırır. RAID səviyyəsindən (RAID 0, RAID 1, RAID 5, RAID 6, RAID 10 və s.) asılı olaraq sistem həm yüksək performans, həm də disk nasazlığı zamanı məlumatların qorunmasını təmin edə bilər.
NAS sistemi isə şəbəkə üzərindən bir və ya bir neçə istifadəçinin eyni vaxtda məlumatlara təhlükəsiz şəkildə çıxış etməsinə imkan verən xüsusi məlumat saxlama qurğusudur. NAS həlləri ofislərdə, şirkətlərdə və ev istifadəçiləri üçün fayl paylaşımı, ehtiyat nüsxələmə (Backup), multimedia saxlanması və mərkəzləşdirilmiş məlumat idarəetməsi məqsədilə geniş istifadə olunur.
Xidmətlərimiz
-
RAID sistemlərinin layihələndirilməsi və quraşdırılması
-
RAID konfiqurasiyası və optimallaşdırılması
-
RAID massivlərinin diaqnostikası
-
RAID məlumatlarının bərpası
-
NAS sistemlərinin quraşdırılması və konfiqurasiyası
-
Synology, QNAP, Asustor və TrueNAS sistemlərinin texniki dəstəyi
-
NAS sistemlərindən məlumatların bərpası
-
Server və Storage sistemlərinin inteqrasiyası
-
Backup və Disaster Recovery həllərinin qurulması
-
RAID və NAS sistemlərinin texniki dəstəyi və monitorinqi
Data Service müasir avadanlıqlar və peşəkar texnologiyalardan istifadə edərək RAID və NAS sistemlərinin quraşdırılması, idarə olunması və məlumatların bərpası üzrə etibarlı həllər təqdim edir. Məqsədimiz biznesinizin məlumatlarının təhlükəsizliyini təmin etmək və kritik məlumat itkisi zamanı onların maksimum həcmdə bərpasına nail olmaqdır.